|
Heyvanlardakı müdafiə taktikalarının ən əhəmiyyətlilərindən biri də şübhəsiz ki,
kamuflyajdır. Kamuflyaj edən canlılar yaşadıqları mühitə çox uyğun şəkildə yaradılan bədən
quruluşları ilə sanki xüsusi qorunma altına alınıblar. Bu canlıların bədənləri yaşadıqları
mühitlə o qədər uyğundur ki, şəkillərinə baxdıqda bəzilərinin bir bitkiyə, yoxsa heyvana aid
olduğunu anlamaq, ya da eyni mühitdə olan heyvanla bitkini bir-birindən fərqləndirmək demək olar
ki, qeyri-mümkündür.
Yeddi göy, yer və onlarda olanlar Ona təriflər
deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini
anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır. (İsra 44)
Yaşadıqları mühitin rənglərinə görə öz rənglərini
dəyişdirən canlılar hər zaman elm adamlarının diqqətini cəlb etmişdir. Bir canlının özündən
tamamilə fərqli quruluşdakı bir canlıya eynilənecə bənzədiyi sualının cavabını tapa bilmək üçün
tədqiqatlar aparılır.
Məsələn, bağçada gəzərkən yarpaq zənn etdiyiniz üçün az
qala ayaqladığınız qurbağanın hansı əməliyyatları apararaq o naxışlara və rəngə sahib olduğunu
heç düşünmüsünüzmü? Qurbağanın kamuflyajı çox əhəmiyyətli müdafiə vasitəsidir. Bu sayədə
yaşadığı mühitdə görünməz hala gələn qurbağa düşmənlərindən asanlıqla xilas olur.
Çəhrayı çiçəyin üzərindəki çəhrayı hörümçək, çiçəkdəki tünd
və ya açıq çəhrayı rəngi eynilə təqlid edərkən, eyni növ hörümçəyin başqa növü fərqli bir
çiçəyin üzərində məsələn, sarı çiçəyin üzərində - sarı rəngə bürünür.
İnsan budağa baxıb üzərində heç nə olmadığını zənn edərkən
anidən bir kəpənək uçub gedir. Bir saniyə əvvəl üzərindəki qurumuş və qopmuş naxışlarına qədər
eynilə bir yarpağa bənzəyən bu kəpənək kamuflyaj möcüzəsinin qüsursuz nümunəsidir.
Canlıların, üzərində olduqları cisimlərə bənzəməsi
düşmənlərinin onları görmələrinin qarşısını alır. Əlbəttə, kamuflyaj edən canlılar qorunmaq
məqsədi ilə bədənlərini yarpağa, budağa, ya da bir çiçəyə özləri bənzətmirlər. Hətta onlar bu
bənzərliklər sayəsində qorunduqlarının fərqində belə deyillər. Amma buna baxmayaraq, istisnasız
bütün nümunələrdə kamuflyaj çox ustalıqla edilir. Çiçəyin rəngi ilə eyni olan böcək, yarpaq
budağı kimi hərəkətsiz dayanan ilan, yaş torpağın rənginə bürünən qurbağa, qısacası kamuflyaj
edən bütün canlılar, kamuflyajın xüsusi olaraq yaradılmış müdafiə taktikası olduğunu sübut edən
bir dəlildir.
Heç bir canlı bu əməliyyatı öz-özünə, ya da təsadüfən
həyata keçirə bilməz. Əlbəttə ki, canlılara kamuflyaj qabiliyyətini verən, rənglərini dəyişmək
üçün kimya laboratoriyalarını bədənlərinə yerləşdirən üstün ağıl və məlumat sahibi
Allahdır.
Kamuflyaj edən canlılar yaşadıqları mühitə çox uyğun
şəkildə yaradılmış bədən quruluşları, formaları, rəngləri və naxışları ilə xüsusi şəkildə
qorunurlar. Bu canlıların bəzilərinin bədənləri yaşadıqları mühitlə o qədər uyğundur ki,
ətraflarındakı bitkilərdən fərqlənmələri çox çətindir.
Bəzi böcək növləri kütləvi halda kamuflyaj edərək düşmənlərindən
qorunurlar. Məsələn, Madaqaskarda yaşayan tropik hemiptera növü olan Phiatidlerin qanadları parlaq
və rənglidir. Ağac gövdəsində kütləvi halda istirahət etdikləri zaman böcəkdən çox çiçəyə
bənzəyirlər. Bu da böcək axtaran ovçuları yanıldır. (Marco Ferrari, Colors for Survival, Barnes
and Noble Books, New York, 1992, s. 41)
Üzərində yaşadığı çiçəklə eyni rəngdə olan hörümçək, ağac budağı kimi hərəkətsiz
dayanan ilan, qurumuş yarpaqla çox oxşar qanadlara sahib olan böcək, üzərində dayandığı bitkilərin
rənginə və formasına bürünən qurbağa... Bütün bunlar təbiətdəki kamuflyajın maraqlı nümunələridir
və bizə kamuflyajın xüsusi olaraq yaradılmış üsulolduğunu göstərir.
Xərçəng hörümçəklərinin Misumena varia növü üzərinə qonduğu
çiçəyin rəngindən asılıolaraq sarıdan ağa qədər bir çox rəngi bədənində meydana gətirə bilir.
(Marco Ferrari, Colors for Survival, Barnes and Noble Books, New York, 1992, s. 52)
Hörümçək növü isə özünü ən yaxşı gizləyəcək rəngi tapana
qədər dayanmadan irəliləyir. (Marco Ferrari, Colors for Survival, Barnes and Noble Books, New
York, 1992, s. 20)
İndi bu xüsusi üsulu bir az
araşdıraq.
Bəzi canlılar yaşadıqları mühitin bitki örtüyünə uyğun
rəng və naxışlara malikdir. Məsələn, saralmış otların arasında sarı xətli naxışları ilə gizlənən
pələngi ovunun hiss etməsi çox çətindir.
Aslanlar da yaşadıqları çöllərin rəngində yaradılıblar. Bu
sayədə quru otların arasında asanlıqla gizlənirlər. Kamuflyaj etmiş əsgər kimi yavaş-yavaş
ovlarına doğru yaxınlaşırlar.
Savannaların quru otları arasında ov ovlayan aslan demək olar
ki, görünmür. Çünki aslanın rəngi ətraf mühitlə qarışır. Uzun otların arasından çitanı tapmaq da
çox çətindir, bunun səbəbi yüzlərlə kiçik nöqtənin heyvanın bədənini göstərməməsidir. Bundan başqa
çitanın qara nöqtələri günəşin vasitəsilə nəzərə çarpır və bədənini olduğundan daha böyük
göstərir.
Çita da sahib olduğu təbii kamuflyaj sayəsində hiss etdirmədən ovunu ovlayır. Ov
onu hiss etdikdə isə artıq çox gec olur.
Yaşadığı mühitlə mükəmməl rəng ahənginə sahib canlılardan
biri də qütb ayılarıdır. Qütb ayılarının dümağ kürkləri, dörd mövsüm qar və buzlarla əhatə edilmiş
dünyalarında onlara böyük üstünlüklər qazandırır. Qar kimi ağ rəngli olmaları fərq edilmədən
ovlarına yaxınlaşmalarını təmin edir. Əgər rəngləri ağ olmasaydı, bu ayıların qütblərdə yemək tapa
bilmələri, balalarını bəsləyə bilmələri çox çətinləşərdi.Bu da qısa müddətdə nəsillərinin
tükənməsinə səbəb olardı.
Bunlardan başqa bəzi canlılar mövsümlərə uyğun kamuflyajlar
edirlər. Buna ən gözəl nümunə olaraq qütb quşlarını göstərə bilərik.
Fəsillərə görə tüklərini dəyişdirən canlı: Qütb quşları
Qütb quşlarını olduqları yerdə görə bilmək qeyri-mümkündür,
çünki tüklərində təbii mühiti təqlid edə bilmələrini təmin edən mükəmməl kamuflyaj qabiliyyəti
var.
Qış mövsümü gəldikdə qütb quşlarının bədənlərində möcüzəvi
dəyişiklik baş verir. Tünd rəngli tüklərin hamısı yox olur və yalnız ağ tüklər qalır. Qar arasında
dümağ quşu görmək qeyri-mümkündür.
Quşun bu işdən heç xəbəri yoxdur. Amma bədəni hər qış
mövsümündə eyni mükəmməllikdə kamuflyaj edilir. Yaz mövsümü gəldikdə qütb quşunun tüklərinin
arasında yaşıllaşan bitkilərin rəngində yeni tüklər çıxır. Eyni dəyişiklik yaza da aiddir.
Bu fövqəladə dəyişikliklər sayəsində otların arasında qütb
quşlarını görə bilmək qeyri-mümkündür. Bütün bu möcüzəvi kamuflyaj nümayişi, əlbəttə, bir izah
tələb edir. Bu quş, əlbəttə, öz iradəsi ilə bədənindəki tüklərin rəngini dəyişdirə bilməz. Sahib
olduğu kamuflyajın hansı məqsədə xidmət etdiyindən xəbəri belə yoxdur.
Elə isə bu quşa kamuflyaj qabiliyyətini verən kimdir?
Ətraf mühitin rəng və naxışını quşun tüklərinin üzərinə sanki
bir rəssam kimi kim çəkmişdir?
Suallar bizi sadəcə bir cavaba aparır;
Qütb quşu Allah tərəfindən yaradılmışdır və sahib olduğu
xüsusiyyətlər də özünə Rəbbimiz tərəfindən verilmişdir.
Böyük kamuflyaj ustası: Buqələmun
Kamuflyaj sənətinin ən böyük ustalarından biri şübhəsiz
buqələmundur. Buqələmun kamuflyaj sürəti ilə heyrətamizdir. Digər bir çox sürünən də rəng
dəyişdirmə qabiliyyətinə sahib olduğu halda, heç biri bunu buqələmun qədər sürətlə yerinə yetirə
bilmir.
Buqələmun istədiyi anda olduğu yerin rənginə uyğunlaşır və
beləliklə özünü gizlədir. Özünü güvəndə hiss etdiyi zaman isə dərisinə müxtəlif rənglər verərək
sanki sənətini nümayiş etdirir.
Rəssamın naxışı kanvaya (kanva - üzərində naxış işləmək üçün
dama-dama tor) köçürməsi çox zaman tələb edir. Halbuki, buqələmun olduğu mühitin naxışını bir anda
təqlid edə bilir.
Buqələmunun bu fövqəladə qabiliyyəti bədənində yaradılan və
rəngə həssas olan xüsusi hüceyrələrə əsaslanır. Bu hüceyrələr çox kompleks olub, sürətlə gələn
işığa görə pigmentlərini nizamlayırlar. Bu kompleks quruluş heç bir təsadüflə açıqlana bilməz.
Keçmişdə buqələmunun belə bir sistemə ehtiyac duyduğu, sonra bunu düşünüb hazırladığı və öz
bədəninə yerləşdirdiyi də iddia edilə bilməz. Buqələmunun rəng dəyişdirmə qabiliyyəti yaradılışın
açıq dəlilidir.
Bu nümunələrlə Allah bizə sonsuz elm və sənətinin bir
nümunəsini göstərir. Bir Quran ayəsində buyurulduğu kimi, Allah qüsursuzca yaradandır:
Buqələmunlar ən yaxşı rəng dəyişdirən canlılardandır.
Buqələmunun üzərinə qoyulan yarpağın izi bir müddət sonra heyvanın dərisində, üstəlik eyni rəng və
naxışlarla ortaya çıxir.
O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə)
surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə
varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət
sahibidir! (Həşr surəsi, 24)
Patoo
Allah patoo adlı quşa "təqlid edə bilmə" qabiliyyəti vermişdir. Patoo ağac kötüyünə qonur və tükləri
ilə eyni rəngdə olan kötükdə görünmür. Lakin yanına yaxınlaşdıqca təqlidini daha mükəmməlləşdirmək
üçün hərəkət etməyə başlayır. Çox yavaş bir şəkildə quyruğunu endirir və onu ağac kötüyünün dəliyinə
soxur. Beləliklə, quşla ağacın birləşmə yeri tamamilə nəzərdən itir. Sonra yenə eyni yavaşlıqda,
dimdiyi dik olaraq səmaya dönənə qədər başını qaldırır və gözlərini yumur. Quşun xüsusiyyəti göz
qapaqları bağlı olmasına baxmayaraq görə bilməsidir. Hər iki göz qapağında da çox kiçik şaquli
yarıqlar var. Bu yarıqlar quşun həssas gözlərinə işığın düşməsini təmin edir.
Böcəklər dünyasındakı kamuflyajçılar
Böcəklər də həm özlərini qorumaq, həm də asan ovlanmaq üçün kamuflyaj
texnikalarından istifadə edirlər. Bəzi böcəklər özlərini yarpağa bənzədirlər. Bu bənzərlik elə
mükəmməldir ki, yarpağın formasından üzərindəki damarlara qədər heç bir təfərrüat nəzərdən
qaçmamışdır. Bəzilərinin qanadında saralmış yarpağın üzərindəki çürüklərə, ləkələrə bənzəyən
naxışlar var, bəzisi isə özünü qopmuş yarpaq şəklinə bürümüşdür.
İndi, bu canlılardakı kamuflyaj dizaynı üzərində bir az düşünək.
Bu böcəklər şüura və ağıla sahib deyillər. Həyatda qalmaq üçün yarpağa bənzəməli olduqlarını
bilmirlər. Bilsələr də bədənlərinin üzərinə yarpaq şəkili çəkə bilməzlər. Yarpaqlardakı çürükləri,
ləkələri təqlid edə bilməzlər. Elə isə böcəyin qanadları üzərində olan və şüurlu şəkildə
hazırlandığı açıq olan bu şəkillər kimin əsəridir?
Əlbəttə ki, bu dəyişikliklərin təsadüflərlə meydana gəlməsi mümkün deyil. Bu kiçik böcəklərin
qanadlarındakı yarpaq dizaynı canlıların təsadüflərin deyil, Yaradıcının əsəri olduğunu göstərməyə
kifayətdir.
Cüyürlərin kamuflyaj xüsusiyyəti
Ana cüyür balasının kamuflyaj xüsusiyyətini onun üçün üstünlük olaraq istifadə
edir. Balasını kolluqların arasında bir yerdə gizlədir və onun oturmasını təmin edir. Bala cüyürün
qəhvə rəngi dərisinin üzərindəki ağ xallar günəş işığı ilə qarışır və uzaqdan baxdıqda bala cüyür
qətiyyən görünmür. Üzərindəki ağ xallar kolların arasında yerə düşən günəş şüalarının əksi kimi
görünür. Bir neçə metr kənardan keçən düşmən belə bala cüyürü seçə bilmir. Ana cüyür isə balanın
gizləndiyi yerin yaxınlığında dayanaraq onu qoruyur. Ancaq qətiyyən diqqətləri yuvaya cəlb etmir,
çox təmkinli davranır. Yalnız bəsləmək üçün balasının olduğu yerə gəlir. Meşəyə geri qayıtmazdan
əvvəl isə balasını burnu ilə itələyərək təkrar yerə oturdur. Bala hərdənbir ayağa qalxsa belə,
eşitdiyi ən kiçik bir səslə dərhal yerə oturur. Bala anasının yanında qaça biləcək vaxta gələnə
qədər bu şəkildə gizlənir.
Bu şəkillərdəki Mantislər də olduqları mühitdə gizlənə biləcəkləri rəng və formaya malikdirlər.
Mantistlər yaşadıqları mühitə uyğun olaraq yaradılan canlılardandır. Bəzən bir yarpağın, bəzən də
budağın arasında gizlənirlər. Tək silahları bədənlərinin forması və rəngidir. Bu sayədə
düşmənlərindən ən yaxşı şəkildə gizlənə bilirlər.
|
Bu şəkillərdəki Mantislər də olduqları mühitdə gizlənə
biləcəkləri rəng və formayamalikdirlər. MANTİSLƏR, yaşadıqları mühitə uyğun olaraq
yaradılan canlılardandır. Bəzən bir yarpağın, bəzən də bir budağın arasında gizlənirlər.
Tək silahları bədənlərinin forma və rəngidir. Bu sayədə düşmənlərindən ən yaxşı şəkildə
gizlənə bilirlər.
|
Orxideyanın üzərinə qonan Mantisi çiçəkdən fərqləndirmək çox
çətindir
|
Quş nəcisi görünüşündəki tırtıl
|
Qurumuş yarpaq, yoxsa kəpənək?
İlk baxışda qurumuş yarpaq zənn edilən bu şəkillər əslində kəpənəklərə aiddir.
Damarlardan, çürümüş hissələrə və rəng tonlarına qədər hər cür incəliyi üzərində daşıyan
bu yarpağabənzər qanadlar, kəpənəklər üçün çox gözəl qorunma təmin edir. Kəpənəyin yarpağa
bu cür (yarpağın damarları və qurumuş hissələri belə gözardı edilmədən) bənzəməsinə
"təsadüf" deyib keçmək, əlbəttə, mümkün deyil. Kəpənəyin öz-özünü "yarpaqlaşdırdığını"
qəbul etməksə, eyni nisbətdə məntiqsiz iddiadır. Bu Allahın üstün yaratmasının
nümunəsidir.
|
Yarpaqla qidalanan çəyirtkələrin ömrü yarpaqların arasında keçir. Sahib olduqları
rəng yarpağa eynilə bənzədiyi üçün ən böyük düşmənləri olan kərtənkələ və quşların onları
tapması mümkün deyil. Beləlikə çəyirtkələr təhlükəsizlik içində həyatlarını davam etdirir
və qidalanırlar. Əlbəttə ki, çəyirtkələrin yarpaqların yanında dayanaraq "yarpaqlaşdığını"
və ya öz-özlərini "yarpaqlaşdırdıqlarını" heç kim iddia edə bilməz... Aydındır ki, yarpaq
yeyən çəyirtkələr həyatlarını davam etdirmək üçün bu kamuflyaj xüsusiyyəti ilə birlikdə
yaradılmışlar.
|
Qumda kərtənkələ
|
Ağac gövdəsinin naxışı ilə eyni dəri rənginə sahib olan qurbağa və
balası
|
Yarpağın üzərindəki qurbağa və yumurtaları
|
Qurumuş yarpaqların arasındakı qurbağa
|
Qayaların arasındakı qurbağa
|
Şəkildəki ilan meşənin yarpaqlarla örtülü zəmininə mükəmməl şəkildə kamuflyaj
olmuşdur. Dərisinin rəngi onu həm müdafiə edir, həm də ovlanmada böyük üstünlük təmin
edir.
|
Üstündə dayandığı çiçəklə kamuflyaj olmuş
hörümçək
|
Kamuflyaj Ustası
Kəpənəklər |
Yarpaqların arasında və ağac gövdəsində kamuflyaj olmuş iki kəpənək
|
İlk baxışda çiçəklə dolu budaq kimi gördüyümüz bu şəkildə, əslində onlarla
tırtıldan başqa bir şey yoxdur (sağda)
Ağcaqanadları tutmaq üçün gizlənən sarı hörümçəyi də, üzərində durduğu çiçəkdən
fərqləndirmək çox da asan deyil (ortada)
Tikana bənzəyən yarpaq bitləri (solda)
|
Yerdə yuva tikən quşların tük rəngləri və naxışları da yarpaqlar arasında
qüsursuz şəkildə gizlənmələrini təmin edir. Bu cins quşların yumurtaları da qorunmaq üçün
eyni növ rəng və naxışlara malikdir.
Ceyranın otlarla eyni olan rəngi onun üçün çox böyük üstünlükdür.
|
MÖVSÜMƏ VƏ ZƏMİNƏ GÖRƏ DƏYİŞƏN TÜK RƏNGİ
Şəkildəki quş və dovşanın ortaq xüsusiyyətiləri mövsümlərə görə tük rənglərinin
dəyişməsidir. Bu heyvanlar qış aylarında dümağ tüklərə sahib olarkən, yaz aylarında
torpağın və bitki örtüsünün rənginə uyğun yeni görünüşə bürünürlər. Mühitə görə rəng
dəyişdirmə hadisəsi, heyvanların bədənlərində yaradılmış olan olduqca kompleks mexanizmlər
sayəsində reallaşır. Günəşdə qalan insan dərisinin qızarıb-tündləşməsinə oxşada
biləcəyimiz bu mexanizmlər, heyvanların dəri və tüklərində rəng dəyişikliklərinə gətirib
çıxarır. Bədənimizin günəşdə yanmasına mane ola bilmədiyimiz (xüsusi qorunma üsulları
xaric) kimi, heyvanlar da bədənlərindəki dəyişikliyi idarə etmək qabiliyyətinə malik
deyillər.
|
Yarpaqla eyni rəngə bürünmüş qurbağa
Minnov balığını dayaz hovuzda belə çaxıl daşlarının arasından seçmək olduqca çətindir.
Daşların arasında zəminlə tam şəkildə eyniləşmiş 13 ədəd buynuzlu kərtənkələ
var.
|
Yuxarıda gördüyünüz heyvan da kamuflyajın özünə qazandırdığı üstünlüklərlə
həyatını davam etdirən canlılara bir başqa nümunədir.
|
Şəkillərdəki ilanları yarpaqların arasından seçmək olduqca
çətindir.
|
|
|